Xəbərlər

Çin: Ukrayna böhranının siyasi həllində yeni tendensiyalar görürük

“Çin Ukraynadakı böhranın siyasi həlli prosesində yeni tendensiyalar görür, davamlı və uzunmüddətli həll yollarının inkişafına ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Li Cian brifinqdə deyib.

“Çin tərəfi Ukrayna böhranının siyasi həllində yeni dəyişikliklərin olduğunu qeyd edib. Ukrayna məsələsinə gəlincə, Çin həmişə prezident Si Cinpinin irəli sürdüyü “dörd şərt” konsepsiyasında israr edib və ümid edir ki, tərəflər qarşılıqlı narahatlıqları nəzərə alan dialoq və məsləhətləşmələr vasitəsilə həll yolları tapacaqlar”, – XİN rəsmisi bildirib.