“Çin və Rusiya İranın nüvə proqramının dinc xarakter daşıdığını və nüvə silahı yaratmaq istəmədiyini təsdiq etməsini təqdir edirlər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin xarici işlər nazirinin müavini bildirib.
O qeyd edib ki, Rusiya, Çin və İran Pekinin nüvə sazişini dəstəkləmək üçün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasının vacibliyini bəyan ediblər.
Qeyd edək ki, ölkələr İranın nüvə problemi ətrafında vəziyyətin gərginləşməsinə səbəb ola biləcək sanksiyalara və ya digər hərəkətlərə son qoymağa da çağırı ediblər.