“Pekin ABŞ-ın Çinə əsassız şəkildə təzyiq etməsinə qəti şəkildə qarşı çıxır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi konfrans zamanı deyib.
“Pekin ABŞ tərəfindən Çinin qanunsuz və əsassız şəkildə sıxışdırılmasına, xüsusən də ABŞ-ın Tayvan kimi məsələlərdə Çinin daxili işlərinə kobud müdaxiləsinə qəti şəkildə qarşı çıxır”, – nazir əlavə edib.