“Çin hökuməti ABŞ hökuməti ilə ticarət məsələləri və tariflər üzrə danışıqlara hələ başlamayıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Quo Ciakun ABŞ prezidenti Donald Trampın “aktiv məsləhətləşmələr haqqında” sözlərini təkzib etmək məqsədilə bildirib.
“Bunların hamısı yalan məlumatdır. Bildiyimə görə, Çin və ABŞ tarif məsələsi ilə bağlı məsləhətləşmələr və ya danışıqlar aparmayıb, hətta razılığa gəlməyiblər”, – nümayəndə əlavə edib.