Xəbərlər

Çində avtomobil yolu çöküb: 19 nəfər ölüb

Çərşənbə günü Çinin Quandun əyalətində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb.

“Füyuzat”ın CNN-ə istandən verdiyi məlumata görə, çərşənbə günü yerli vaxtla saat 02:10 radələrində Quandun əyalətinin Meizhou şəhəri ilə Dapu şəhərini birləşdirən sürətli magistralın bir hissəsi çöküb.

Məlumatda qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan 30 nəfər xəstəxanalarda tibbi yardım alır, vəziyyətləri normaldır.