Çin Xalq Azadlıq Ordusunun (PLA) 24 təyyarəsi və 7 gəmisini Tayvana yaxınlaşıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün yerli vaxtla saat 06:00-dan əvvəl Tayvan ətrafında fəaliyyət göstərən 24 PLA təyyarəsi və 7 PLA Hərbi Dəniz Qüvvələrinin gəmisi aşkar edilib. Biz vəziyyəti izlədik və uyğun reaksiya verdik”, – məlumatda bildirilib.