Xəbərlər

Çinin 8 təyyarə və 5 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 8 təyyarəsi və 5 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz vəziyyətə nəzarət etdik və müvafiq reaksiya verdik”, – nazirlikdən bildirilib.