“Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdə Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı rəftar və bunun əksinə onun Londonda keçirilən Avropa sammitində xoşməramlı qarşılanması ABŞ və Avropa arasındakı çatın miqyasını göstərdi”.
“Füyuzat”ın məlumatına görə, bu sözlər CNN-in hesabatında qeyd edilib.
Nəşrin qiymətləndirməsinə görə, “Oval kabinetdəki dram ABŞ-ın avropalı müttəfiqlərini fövqəladə tədbirlər görməyə sövq edib – onlar indi Zelenskini Trampdan qorumaq niyyətindədirlər və Kiyevin Moskvaya təqdim edə biləcəyi iddia edilən Rusiya və Ukrayna arasında sülh sazişi layihəsi üçün real çərçivə hazırlamaq istəyirlər”.
CNN-in məlumatına görə, Amerikanın Ukraynaya hərbi yardımı dayanarsa, Avropa “illərlə hərbi xərclərin azaldılması, müdafiə sənayesinin zəifləməsi və ABŞ-ın NATO üzvlərinə verdiyi təhlükəsizlik zəmanətlərindən asılılıq səbəbindən” ABŞ-ı əvəz edə bilməyəcək.
Telekanalın qeyd edir ki, Avro-Atlantik münasibətlərin parçalanması təkcə Ukrayna ilə bağlı deyil, həm də Trampın Avropanı öz təhlükəsizliyinə görə məsuliyyəti üzərinə götürməyə məcbur etmək istəyi ilə bağlıdır. CNN hesab edir ki, yalnız Böyük Britaniya və Aİ-nin Ukrayna nizamlanması üzrə real təşəbbüsləri və onların müdafiə xərclərini artırmaq istəyi vəziyyəti yaxşılığa doğru dəyişə bilər.
Bundan əvvəl “The New York Times” amerikalı rəsmiyə istinadən yazıb ki, martın 3-də Tramp öz komandası ilə Ukraynaya yardımın mümkün dayandırılmasını müzakirə edəcək.
Xatırladaq ki, fevralın 28-də Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı ikisi arasında mübahisə yaranıb, Tramp Zelenskiyə ABŞ-a qarşı hörmətsiz münasibət bəslədiyini bildirib və vitse-prezident J.D.Vens Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu deyib. Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib, ABŞ və Ukrayna arasında mineral ehtiyatlar üzrə sazişin imzalanması baş tutmayıb.