Xəbərlər

CNN: İsrail Rəfah əməliyyatı ilə HƏMAS-a təzyiq etməyə çalışır

İsrail Müdafiə Qüvvələrinin (IDF) Rəfahda əməliyyat hədəfi münaqişənin həlli məqsədilə HƏMAS-a təzyiq göstərməkdir.

“Füyuzat”ın məlumatına görə, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

“İsrailin Rəfahdakı məhdud əməliyyatı atəşkəs və girovların azad edilməsi ilə nəticələnəcək razılaşma üçün HƏMAS-a təzyiq göstərməkdir. İsrail ordusunun hərəkətləri çox məhduddur və Tel-Əvivin son həftələrdə elan etdiyindən çox uzaqdır”, – məlumatda qeyd edilib.