Xəbərlər

CNN: Səudiyyə Ərəbistanı Rusiya–ABŞ danışıqlarında vasitəçi kimi çıxış edəcək

“Səudiyyə Ərəbistanı Rusiya və Amerika rəsmilərinə qarşıdakı danışıqlar üçün platforma təqdim etməklə qalmayacaq, həm də vasitəçi kimi çıxış etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə bazar günü CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş fevralın 18-də baş tutacaq və Səudiyyə Ərəbistanı nümayəndə heyətinə krallığın milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək.

ABŞ-ı dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vols və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkof təmsil edəcək.

Adı açıqlanmayan ukraynalı rəsmi CNN-ə bildirib ki, Kiyev danışıqlarda təmsil olunmayacaq.