“Amerika lideri Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlməsindən sonra bəri ABŞ-da azı 121 min federal hökumət işçisi işdən çıxarılıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” məlumat yayıb.
“Kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib, lakin bundan ən çox ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) zərər çəkib, bir neçə dəfə işçilərin ixtisar dalğasından sonra onun fəaliyyəti dayandırılıb. Təhsil Nazirliyi işçilərinin 51%-ni ixtisar edib, 12 regional idarədən 7-ni bağlayıb. ABŞ-ın Mənzil və Şəhər İnkişafı Departamenti, Səhiyyə və İnsan Xidmətləri Departamentinin bir hissəsi olan Milli Sağlamlıq İnstitutu əhəmiyyətli sayda işçisini itirib”, – məlumatda qeyd olunub.



