Xəbərlər

Danimarka Kiyevə 970 milyon dollar dəyərində yardım paketi ayıracaq

Danimarka Ukraynaya 2025-2027-ci illər üçün 6,7 milyard kron (970 milyon dollar) məbləğində iyirmi beşinci yardım paketini təqdim edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Krallığın Müdafiə Nazirliyinin press-relizində bildirilib.

Verilən məlumata görə, vəsaitin hava hücumundan müdafiə texnikası, artilleriya qurğuları alınması və Ukrayna Hərbi Hava Qüvvələrinə dəstək üçün istifadə olunacağı dəqiqləşib.

“25-ci ianə paketi ilə biz həm qısa, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstəyimizi vurğulayırıq”, – Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib.