Xəbərlər

Danimarka Ukraynaya humanitar yardım üçün əlavə 56,81 milyon dollar ayıracaq

Danimarka hökuməti Kiyevə humanitar yardım və ölkənin yenidən qurulması üçün əlavə 405 milyon kron (56,81 milyon dollar) ayırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hesabatda qeyd olunur ki, BMT-nin hesablamalarına görə, 2025-ci ildə Ukraynada təxminən 13 milyon insanın humanitar yardıma ehtiyacı olacaq.

Bildirilir ki, 2022-ci ilin fevralından bəri krallıq Ukraynaya hərbi dəstək üçün 7,2 milyard avro və mülki yardım üçün təxminən 709 milyon avro ayırıb.