“Danimarkanın Baş naziri Mette Frederiksen Almaniya kansleri Olaf Şolts ilə ABŞ prezidenti Donald Trampa qarşı birgə xəttin işlənib hazırlanmasını, xüsusən də Qrenlandiya məsələsini gərginləşdirəcəyi təqdirdə Almaniya və Avropa İttifaqının (Aİ) ABŞ-a qarşı ticarət rüsumlarının tətbiqini müzakirə edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.
“Danimarka Qrenlandiya üzərində suverenliyinin müdafiəsi məsələsində Almaniya və bütövlükdə Aİ-nin həmrəyliyinə nail olmaq niyyətindədir. Trampın ticarət tarifləri vasitəsilə Qrenlandiyanı ABŞ-a qatması üçün Kopenhagenə təzyiq edəcəyi gözlənilir. Danimarka müttəfiq tərəfdaşlarının onu dəstəkləməsini və ABŞ-a qarşı cavab rüsumları tətbiq etməsini gözləyir”, – məlumatda bildirilib.