Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəyə start verir.
“Füyuzat” xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliği və bu sahədə maarifləndirmə səviyyəsinin artırılmasına dəstək göstərməkdir.
Layihə üzrə ilk seminar iyunun 11-də saat 14:00-da Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun iştirakı ilə keçiriləcək.
Seminara giriş sərbəstdir.



