Ali təhsil pilləsinin doktorantura səviyyəsinə 13 may saat 11:00-dan sənəd qəbulu prosesinə başlanılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.
Qəbul iyunun 2-də başa çatacaq.