Xəbərlər

Duda: Polşanın “Patriot”ları Ukraynaya ötürmək imkanı yoxdur

Polşa yaxın vaxtlarda Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilməyəcək.

“Füyuzat”ın məlumatına görə, bunu Dohada keçirilən Qətər İqtisadi Forumunda çıxış edən Polşa prezidenti Anjey Duda deyib.

Polşa lideri panel moderatorunun Polşanın “Patriot” zenit-raket komplekslərini Rusiyaya təhvil verib-verməyəcəyi sualına Duda belə cavab verib: “Polşada hələ tam olaraq bu sistemə sahib olmadığımız üçün “Patriot” sistemlərinin Ukraynaya ötürülməsi barədə danışmaq çətindir”.

Duda qeyd edib ki, Varşava 7 il əvvəl ABŞ-dan sifariş edilmiş “Patriot” sistemlərini yenicə əldə etməyə başlayır.