Alimlər göbələklə əlaqəli ölümlərin 90%-nə səbəb olan “Ölüm mələyi” (Amanita phalloides) göbələyinin Kaliforniyada sürətlə inkişaf etdiyini və Avropadakı növlərindən fərqli və daha güclü kimyəvi maddələr istehsal etdiyini aşkar ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sciencealert” məlumat yayıb.
Təbii yaşayış yeri Avropa olan, lakin Amerika, Afrika və Avstraliyaya yayılaraq invaziv növə çevrilən “Ölüm mələyi” göbələyi elmi dünyanı çaşdırmağa davam edir. Viskonsin-Madison Universitetində aparılan yeni bir araşdırma Kaliforniyadakı invaziv populyasiyaların genetik olaraq avropalı əcdadlarından daha “bacarıqlı” qatillərə çevrildiyini ortaya qoyub.



