“Hindistan və Pakistan sərhədində vəziyyət nəzarət altındadır, lakin transsərhəd terrorizm təhlükəsi hələ də qalmaqdadır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan ordusunun baş qərargah rəisi, general Upendra Dvivedi mətbuat konfransında bildirib.
“Cammu və Kəşmirə gəlincə, vəziyyət tamamilə nəzarət altındadır. 2021-ci ilin fevralında qüvvəyə minən atəşkəs rejimi hələ də qüvvədədir”, – Dvivedi qeyd edib.
Generalın sözlərinə görə, bütün tədbirlərə baxmayaraq, sərhədi qanunsuz keçmə cəhdləri davam edir:
“Son aylarda Kəşmirin şimalında, Doda və Kiştvar şəhərləri arasındakı bölgədə terror fəaliyyətində artım müşahidə olunub”.
“Keçən il öldürülən terrorçuların 60%-i Pakistan əsilli şəxslər olub”, – Dvivedi vurğulayıb.