Xəbərlər

“Ədəbiyyat qəzeti” nin yeni sayı çapdan çıxıb

Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Ədəbiyyat qəzeti”nin növbəti sayı işıq üzü görüb. Qəzetin yeni buraxılışı oxuculara zəngin ədəbitənqidi, elmifiloloji, publisistik və bədii materiallar toplusunu təqdim edir.

Sayın ana xəttini bu yaxınlarda vəfat etmiş tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun xatirəsinə həsr olunmuş yazılar təşkil edir. Qəzetdə xalq şairi Sabir Rüstəmxanlının “Əlvida, Çingiz!”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Ruhun həndəsəsi” kimi yazılan şeirlər” və Azər Turanın “İntellektual məkanın estetikasını yaradan Çingiz Əlioğlu…” sərlövhəli xatirəesse və tənqidi məqalələri yer alıb.

Nəşrdə həmçinin Akademik Nizami Cəfərov “Dədəm Qorqud kitabı”na yeni analitik baxışın üfüqləri” Adəm Bakuvi Hötenin “Faust” və Hüseyn Cavidin “İblis” əsərlərini fəlsəfi müstəvidə qarşılaşdırıb, Məti Osmanoğlu Orxan Fikrətoğlunun “Dəccal” hekayəsi əsasında janr polifoniyasını təhlil edib.

Bundan başqa, Əsəd Cahangir Aygün Akınayın yeni poeziya toplusunu, Adilə Nəzərova isə Əlabbas və Əşrəf Dali nəsrində insan və müqavimət konsepsiyasını araşdırıb. Nəşrin xarici ədəbiyyat və arxiv araşdırmaları rubrikasında Yılmaz Özkaya Çingiz Aytmatovun Bakıya yazdığı türkcə məktubun naməlum detallarını açıqlayıb, Kənan Hacı Günter Qrass yaradıcılığına, Firuz Mustafa isə filosof Merab Mamardaşvilinin irsinə nəzər salıb.

Yeni sayıda yubileylər, tarixi şəxsiyyətlər və mətbuat tarixinə həsr edilən yazılar da unudulmayıb. Turan Uğurun Rafael Hüseynov haqqında silsilə yazısının ikinci hissəsi, Gülbəniz Babayevanın Əvəz Qurbanlının 50 illik yubileyinə həsr olunan yazısı, Samir Əsədlinin Rəfail Həbiboğlu və Dilqəm Əhmədin Xanlar Bayramov haqqındakı araşdırmaları oxucuların ixtiyarına verilib. Cəlil Xəlilov isə Ədalət Salmanın “Murovun Aslanı” kitabı fonunda Vətən müharibəsi qəhrəmanlığının bədii əksini dəyərləndirib.

Qəzetin bədii nəsr və poeziya bölməsində İlqar Fəhminin “Niyə Səfi?” romanından fraqment, Gül Turanın “Tale düyünü”, Gülşən Aydınqızının “Adsız həyat hekayəsi” hekayələri və Dəmir Çeşməlinin yeni şeirləri dərc olunub.

Sayın maraqlı müsahibələrindən biri də Nilufər Hacılının təqdimatında türkiyəli yazar Saliha Yadigarla aparılan söhbətdir.