“Qrenlandiya həmişə NATO-nun üzvü olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Qrenlandiya hökumətinin başçısı Mute Egede Amerikanın seçilmiş prezidenti Donald Trampın adaya sahib olmaq iddialarını şərh edərkən deyib.
“Biz həmişə NATO-nun bir hissəsi və ABŞ-ın güclü tərəfdaşı olacağıq. Biz yaxın qonşuyuq. Son 80 ildir əməkdaşlıq edirik və düşünürəm ki, gələcək əməkdaşlıq üçün yeni üfüqlər açılacaq. Qrenlandiyalılar amerikalı olmaq istəmirlər. Biz ABŞ-ın bir hissəsi olmaq istəmirik, lakin ABŞ ilə sıx əməkdaşlıq etməyə çalışırıq”, – Egede əlavə edib.