“Ada sakinləri hörmətsiz rəftara dözməməlidirlər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qrenlandiyanın Baş naziri Mute Egede bildirib.
Baş nazir qeyd edib ki, o, ABŞ prezidenti Donald Trampın son bəyanatlarına cavab olaraq Qrenlandiya partiyalarının liderlərini bir araya toplamaq niyyətindədir.
“Amerika prezidenti bir daha ölkəmizi ilhaq etmək barədə danışdı, mən bunu qəbul edə bilmərəm. Mən seçkilərin nəticələrinə hörmətlə yanaşıram, ancaq kanslerdən partiya sədrlərini mümkün qədər tez çağırmağı xahiş etdim. Çünki bu dəfə biz Trampa daha sərt bir şəkildə rədd cavabı verməliyik”, – Egede vurğulayıb.