Əlcəzair hakimiyyəti 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Le Figaro” qəzeti Fransa xarici işlər naziri Jan-Noel Barroya istinadən məlumat yayıb.
“Əlcəzair hakimiyyəti 12 əməkdaşımızdan 48 saat ərzində Əlcəzair ərazisini tərk etməyi xahiş edib”, – nəşr nazirdən sitat gətirib.
Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, Əlcəzair “Fransa ərazisində cinayət törətməkdə şübhəli bilinən üç Əlcəzair vətəndaşının” Fransada saxlanmasına cavab olaraq diplomatları ölkədən çıxarır.