Xəbərlər

Əlcəzair: İsrail Livanı yeni Qəzzaya çevirməyə çalışır

“İsrail ordusu təcavüzkar hərəkətləri ilə Livanı yeni Qəzzaya çevirməyə çalışır”.

“Füyuzat”ın məlumatına görə, bunu Əlcəzairin xarici işlər naziri Əhməd Attaf Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclası zamanı çıxışında bildirib.

“Livan İsrailin qəddar və mənfur təcavüzü ilə üz-üzədir. İsrail işğalçıları Qəzza zolağı və İordan çayının qərb sahili xalqlarına qarşı soyqırım müharibəsi ilə kifayətlənmir, böhran ardınca böhran yaradırlar. Biz həmrəylik içindəyik və livanlı qardaşlarımızı tam dəstəkləyirik. Dəhşətli, iyrənc İsrail təcavüzünə son qoymaq və günahkarları məsuliyyətə cəlb etmək üçün təcili tədbirlər görülməlidir. BMT Təhlükəsizlik Şurası etiraf etməlidir ki, Yaxın Şərqdə sülh və təhlükəsizlik İsrailin şıltaqlığının girovuna çevrilə bilməz. Müharibəni azaltmaq üçün səylər prioritetdir”, – Attaf bildirib.