Xalq artisti Eldost Bayram “Füyuzat” jurnalının qonağı olub.
“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və jurnalın kollektivi qonaq ilə görüş keçirib.
Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb. Həmçinin ədəbiyyatın mediada təmsili və cəmiyyətin formalaşmasındakı roluna da toxunulub
MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən bəhs edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.
Öz növbəsində Eldost Bayram MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.