“ABŞ-ın zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəyib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Heç kim Fordoda nə baş verdiyini dəqiq bilmir. Hazırda bildiyimiz odur ki, obyektlər ciddi və geniş şəkildə zədələnib. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və təhlillər aparır və hesabat hökumətə təqdim olunacaq”, – o əlavə edib.