Xəbərlər

Əraqçi: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə əlaqə saxlayır

“İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyaların ləğvini təmin etmək, həmçinin nüvə proqramı ilə bağlı etimad yaratmaq üçün nümayəndələrimiz Rusiya və Çinlə məsləhətləşmələr aparır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Əraqçi bildirib.

“Hazırda biz Rusiya və Çinlə ayrı-ayrılıqda qarşılıqlı hörmətə əsaslanan məsləhətləşmələr aparırıq. Məqsəd İrana qarşı tətbiq olunan qeyri-qanuni sanksiyaların ləğvi müqabilində etimad yaratmaq və nüvə proqramımızla bağlı daha çox şəffaflığa nail olmaq yollarını araşdırmaqdır. Tehran təzyiq altında danışıqlar aparmayacaq. İranın nüvə proqramı hər zaman müstəsna olaraq sülh xarakterli olub və belə də olacaq”, – nazir vurğulayıb.