Xəbərlər

Əraqçi: İsrail və ABŞ-ın İrana təcavüzü dünya üçün ciddi fəsadlara səbəb olacaq

“İsrail və ABŞ-ın İrana qarşı təcavüzü təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi fəsadlara səbəb olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

“İsrail və ABŞ-ın hərəkətləri ciddi mənfi nəticələrə malikdir və təkcə İran üçün deyil, həm də region, beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq üçün problemlər yaradır. İsrail və ABŞ-ın İrana hücumları yalnız təcavüz kimi qiymətləndirilə bilər. Biz yalnız qanuni şəkildə özünümüdafiə çərçivəsində hərəkət edirik”, – Əraqçi əlavə edib.