Xəbərlər

Əraqçi: Sanksiyalar götürülərsə, Tehran nüvə obyektlərinə nəzarətin artırılmasına icazə verə bilər

“Sanksiyalar aradan qaldırılarsa, Tehran nüvə obyektlərinə nəzarətin artırılmasına icazə verə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz öz hüquqlarımızdan imtina etmirik. Sanksiyaların aradan götürülməsi şərti ilə nüvə fəaliyyətinin şəffaflığını artırmaq üçün tədbirlər görə bilərik. Danışıqların nəticələri barədə danışmaq hələ tezdir. Tehranın uranı zənginləşdirməsi ilə bağlı məsələ hələ həll olunmayıb. Danışıqlar ABŞ razılaşana qədər davam edəcək. Vaşinqton uranın zənginləşdirilməsini tamamilə dayandırmaqda israr etməyə davam edərsə, heç bir razılıq əldə olunmayacaq”, – nazir əlavə edib.