Xəbərlər

Əraqçi: Tehran ABŞ ilə fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışır

“İran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışmağa davam edir”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ və İran arasında danışıqların növbəti raundunun təxirə salınması qərarını şərh edərkən deyib.

“Omanlı və amerikalı tərəfdaşlarımızla birlikdə logistik və texniki səbəblərə görə danışıqların dördüncü raundunu təxirə salmaq qərarına gəldik. Danışıqlar yolu ilə həllə nail olmaq əzmimizdə İran tərəfindən heç bir dəyişiklik olmayıb”, – nazir qeyd edib.