İranın xarici işlər naziri Abbas Əraqçi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan xarici işlər naziri İrana qarşı təcavüzü pisləyib və regionda sabitlik və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımları alqışlayıb.
“Tehran təcavüzkarların məsuliyyətə cəlb edilməsinə və İslam Respublikasına dəyən zərərin ödənilməsinə çalışacaq”, – Əraqçi qeyd edib.