Xəbərlər

Erdoğan 12 ildən sonra Misirə səfər edib

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan 12 ildən sonra Misirə rəsmi səfərə gedib. Erdoğanı Qahirədəki hava limanında Misir prezidenti Abdel Fattah əs-Sisi qarşılayıb. Bundan sonra rəsmi qarşılanma mərasimi keçirilib.

“Füyuzat”ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə rəsmi səfərini başa vurduqdan sonra Ərdoğan Misirə gedib.

Türkiyə prezidentini Misirə səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca və sənaye və texnologiya naziri Mehmet Fatih Kacır müşayiət edib.

Prezident Ərdoğan Misirə sonuncu səfərini 2012-ci ildə edib. İki ölkə arasında münasibətlər Misirin keçmiş prezidenti Məhəmməd Mursinin 2013-cü ildə çevriliş nəticəsində devrilməsindən sonra pisləşib. Ankara və Qahirə nümayəndə heyətləri kəşfiyyat xarakterli danışıqlar üçün 2012-ci ilin əvvəlindən dəfələrlə görüşüblər.                                                                                                                                                                       

Daha sonra Ərdoğan və Sisi 2022-ci ilin noyabrında Qətərdə keçirilən dünya çempionatında ilk dəfə üz-üzə görüşüblər. İki lider daha sonra müxtəlif ölkələrdə, o cümlədən noyabrda Səudiyyə Ərəbistanında və sentyabrda Hindistanda keçirilən G20 Sammitində görüşüblər. İki ölkənin xarici işlər nazirləri də 2023-cü ildə dəfələrlə görüş keçirib. 2023-cü ilin iyulunda isə qarşılıqlı səfırlər təyin edilib.