Xəbərlər

Ərdoğan: Əsəddən danışıqlarla bağlı heç vaxt cavab almamışıq

“Türkiyə, çağırışlara baxmayaraq, Suriya prezidenti Bəşər Əsəddən mövcud problemləri ikitərəfli müzakirə etmək təklifinə müsbət cavab almayıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib.

“Xatırlayırsınızsa, biz daha əvvəl Əsədə müraciət etmişdik və Suriyanın gələcəyini birlikdə müəyyən etmək təklifini vermişdik”, – deyə Türkiyə lideri bildirib.

“Müxalifətin yürüşü davam edir. İdliblə bağlı hər şey aydındır. Homs müxalifətin əlindədir və biz onların Dəməşqə yürüşündən danışırıq. Region çətin vəziyyətdədir və bu yürüşlər bizim istədiyim daxilində baş vermir”, – deyə Ərdoğan Suriyadakı vəziyyəti və müxalif qüvvələrlə Suriya ordusu arasındakı qarşıdurmanı şərh edib.