“İsrail Qəzza zolağında baş verən soyqırım və dağıntılara görə məsuliyyət daşıyır”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qəzzada dağıntıların miqyasının 100 milyard dollar olduğu təxmin edilir. İsrail hakimiyyəti və İsrailin Baş naziri Benyamin Netanyahu buna görə məsuliyyət daşıyır. İsrail səlahiyyətliləri əvvəlcə dağıntıların əvəzini ödəməli, daha sonra Qəzzanın bərpası prosesinə başlamalıdır”, – prezident qeyd edib.