Xəbərlər

Ərdoğan kürd problemi ilə bağlı yeni strategiya müəyyən edəcək

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyi ilə yeni strategiya hazırlamaq və kürd probleminin həllinin siyasi nəticələrini müəyyən etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, yaxın günlərdə Türkiyə lideri PKK lideri Abdulla Öcalanla görüşmüş nümayəndə heyətini qəbul edəcək.

“Türkiyə liderinin yaxın günlərdə Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM) olan nümayəndə heyətini qəbul edəcəyi gözlənilir. Görüşün təfərrüatları və onun mümkün siyasi nəticələri hakim partiya ilə müzakirə olunacaq və bu prosesdə izləniləcək yeni strategiya müəyyən ediləcək”, – məlumatda bildirilib.