Xəbərlər

Ərdoğan: Rusiya və Ukrayna arasında danışıqları təşkil etməyə hazırıq

“Türkiyə hakimiyyəti Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşkilində iştirak etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusk ilə Ankarada görüşündən sonra bildirib.

“Türkiyənin bu müharibə ilə bağlı mövqeyi ilk gündən çox aydındır. Biz daha çox qan tökülməsini istəmirik və hər iki qonşunun müharibəni ədalətli sülhlə başa vurmasını istəyirik”, – o, “X” sosial şəbəkəsində yazıb.