Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada bir çox silahlı ekstremist qrupların artıq parçalandığını və ölkənin yeni hakimiyyət orqanlarının Suriyanı terrorçulardan təmizləmək planını həyata keçirməyə davam etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə prezidenti jurnalistlərə müsahibəsində deyib.
“Biz görürük ki, Suriyada bir çox silahlı qruplar artıq parçalanıb. Terror təşkilatları anlamalıdır ki, Suriyada onlara yer yoxdur. Əks təqdirdə, lazımi addımları atmaqdan çəkinməyəcəyimizi vurğulamaq istərdim. Suriyada vəziyyət günü-gündən yaxşılaşır və problemlər daha asan həll olunur. Artıq Suriyada hakimiyyətdə öz xalqı ilə dialoq quran bir hökumət var”, – Ərdoğan qeyd edib.