Xəbərlər

Ərdoğan: Terrorla mübarizədə Suriyaya lazımi dəstəyi verməyə hazırıq

“Suriyada istər İŞİD, istərsə də PKK olsun, bütün terror qruplarıyla mübarizədə lazımi dəstəyi verməyə hazırıq”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şara ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Suriya xalqı 13 ildən çoxdur hər cür zülmə məruz qalıb. Onlar kimyəvi silahdan istifadə də daxil olmaqla, insanlığa sığmayan vəhşiliklərə məruz qalıblar. Təəssüf ki, 1 milyona yaxın suriyalı qardaşımız keçmiş rejimin və terror təşkilatlarının hücumları nəticəsində şəhid olub. Suriyanın igid oğulları qəddar rejimə və onun tərəfdarlarına qarşı mübarizədən heç vaxt əl çəkmədilər.

Nəhayət, dekabrın 8-də Suriya xalqı qələbə qazandı. İlk növbədə, əziz qardaşım Əhməd Əş-Şaranı və onun vasitəsilə bütün Suriya xalqını mübarizəsinə və qələbəsinə görə təbrik etmək istəyirəm. Bu münasibətlə Suriyanın azadlıq mübarizəsində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm”, – Ərdoğan qeyd edib.