Xəbərlər

Ərdoğan: Tramp administrasiyasının ilk ayları Türkiyə və dünya üçün vacibdir

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının ilk iki-üç ayının ölkəsi və bütövlükdə dünya üçün əhəmiyyətli olacağına inanır.

“Füyuzat”ın məlumatına görə, bu barədə prezident Qaziantepdə gənclərlə görüşü zamanı deyib.

“Amerikada yenidən Tramp administrasiyası formalaşacaq. Onun dövründə hansı dəyişikliklərin olacağını görəcəyik. Bu gün dünya tamam başqa istiqamətdə inkişaf edir, ona görə də qarşıdakı iki-üç ay Türkiyə və dünya üçün çox önəmlidir. Biz öz işimizi edirik. Əlimizdən gələni əsirgəməyərək sülh mesajlarımızı çatdırırıq”, – Ərdoğan vurğulayıb.