“Türkiyə təkcə enerji idxal edən ölkə deyil, həm də potensial enerji ixrac mərkəzinə çevrilib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“Enerji sektorunda əldə etdiyimiz hər bir uğur təkcə iqtisadi deyil, həm də strateji faydadır. Qara dənizdə 75 milyard kubmetr təbii qaz ehtiyatının aşkarlanması bizim intensiv və sistemli işimizin nəticəsidir. Türkiyə təkcə enerji idxalçısı deyil, həm də enerji istehsalçısı və potensial enerji ixracatçısına çevrilib”, – deyə Ərdoğan bildirib.