“Türkiyə Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün bərqərar olması üçün təşəbbüslərini davam etdirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşündə deyib.
“Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün bərqərar olması üçün təşəbbüslərini davam etdirəcəyini bildirib. O həmçinin İran və İsrailin atəşkəsə hörmətlə yanaşacağına ümid etdiyini vurğulayıb və qeyd edib ki, bu gərginliklərin diqqəti Qəzzada humanitar böhrandan yayındırmasına imkan vermək olmaz. Türkiyənin prioriteti Qəzzada daimi atəşkəs yaratmaq və insani yardımın bölgəyə maneəsiz çatdırılmasını təmin etməkdir”, – Türkiyə mətbuatı prezidentin çıxışına istinadən bildirib.