“Türkiyə hərtərəfli atəşkəs və ədalətli sülhə nail olmaq üçün Rusiya və Ukrayna ilə fəal təmaslarını davam etdirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində deyib.
“Biz bu müharibənin qlobal nəticələrini dərindən hiss edirik. Bu yaxınlarda İstanbulda 2022-ci ildən bəri tərəflərin ilk görüşünü keçirdik. Hərtərəfli atəşkəs və ədalətli sülhə nail olmaq üçün iki ölkə ilə intensiv təmaslarımızı davam etdirəcəyik”, – Ərdoğan bildirib.