Xəbərlər

Ərdoğan və əş-Şara arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şara arasında Ankarada görüş keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, iki lider arasında ikitərəfli görüş və heyətlərarası iş yeməyi nəzərdə tutulub.

Bundan sonra Ərdoğan və Əhməd Əş-Şara birgə mətbuat konfransı keçirəcəklər.