Xəbərlər

Ərdoğan Xankəndiyə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə toplantısında iştirak etmək üçün sabah Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Verilən məlumata görə, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilati islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimal Kipr Türk Respublikası (ŞKTC) də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.