Xəbərlər

Ərdoğanla Zelenski arasında görüş başa çatıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski arasındakı görüş başa çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, görüş 2 saat 40 dəqiqə davam edib. Tərəflər Ukrayna müharibəsinin bitməsi üçün atılan addımlardan və digər regional məsələlərdən danışıblar.

***

İlk xəbər / 14:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edək ki, Rusiya tərəfi mayın 10-da diplomatik çağırışlara cavab verib, Türkiyəni görüş yeri olaraq göstərməklə danışıqlara başlanmasını istəyib.

Bundan sonra, Ukrayna prezidenti Volodimir Zelenski gecikmədən təklifə cavab verib və Rusiya prezidenti Vladimir Putini İstanbulda üzbəüz görüşə dəvət edib.

Bu gün isə Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.

Xatırladaq ki, sülh danışıqları bu gün İstanbulda Türkiyənin ev sahibliyi ilə keçiriləcək.