Bəhreyn, Səudiyyə Ərəbistanı Krallığı və Oman Sultanlığı vətəndaşları, habelə ABŞ, Avropa İttifaqı (Aİ) ölkələri, Şengen ölkələri, BƏƏ, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt və ya Oman Sultanlığında yaşayış statusu olan əcnəbilər üçün Ermənistana səfərləri zamanı vizasız rejim müəyyən edilib.
“Füyuzat”ın məlumatına görə, müvafiq qərar mayın 22-də Ermənistan hökumətinin iclasında qəbul edilib.
Əsasnamədə qeyd olunur ki, hazırda layihədə nəzərdə tutulmuş ölkələr arasında ABŞ, Aİ ölkələri, Şengen sazişi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt vətəndaşları üçün Ermənistana səfər etmək üçün vizasız rejim müəyyən edilir.