“Ermənistan Avropa İttifaqına (Aİ) inteqrasiyaya və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyə ciddi yanaşmalıdır və hər iki assosiasiya ilə qarşılıqlı fəaliyyətin yaratdığı imkanlardan istifadə etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
“Bəzən proseslərə daha məsuliyyətli yanaşmaq lazımdır. Bizim yanaşmamız ondan ibarətdir ki, bütün proqramlardan və mümkün sektorlardan istifadə etməklə Aİ ilə əməkdaşlığı mərhələli şəkildə inkişaf etdirək”, – Hovhannisyan bildirib.