Xəbərlər

Ermənistan Suriyaya humanitar yardım göndərəcək

“Ermənistan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Verilən məlumata görə, cümə axşamı hökumət Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqəsini martın 21-dən 31-dək müvəqqəti olaraq açmaq qərarına gəlib.

“Ermənistan və Suriya nümayəndələri humanitar yardımın göstərilməsi məsələlərini müzakirə etmək barədə razılığa gəliblər. Nəzarət-keçid məntəqəsinin açılması yüklərin Suriyaya quru yolu ilə çatdırılmasına imkan verəcək, nəqliyyat xərclərini azaldacaq”, – məlumatda bildirilib.