Xəbərlər

Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin “Telegram” kanalında deyilir.

Qeyd edilib ki, müvafiq görüş İrəvan saatı ilə saat 22:00-da baş tutacaq.

Sənədin təfərüattları açıqlanmayıb.