Xəbərlər

Ermənistanın Nazirlər Kabineti Aİ-yə üzvlük prosesinə başlamaq qərarına baxacaq

“Ermənistan hökuməti bu gün keçiriləcək iclasında Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsinə baxacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edilib ki, layihəni Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təqdim edəcək.

“Layihənin təklif olunan maddələrlə qəbul edilməsi Ermənistan Respublikası vətəndaşlarının onun Aİ-nin tamhüquqlu üzvü olacağı ilə bağlı gözləntilərini daha reallaşdıracaq, eləcə də daha işlək mühit yaradacaq”, – məlumatda bildirilib.